
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) sədri səfir Elşad İskəndərov İstanbulda akkreditə olunmuş İƏTə üzv ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri üçün ənənəvi iftar mərasimi təşkil edib. İftarda həmçinin İƏT GF-nin daimi tərəfdaşları, gənclər təşkilatları və media nümayəndələri iştirak ediblər.
Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, tədbirdə əsas diqqət İƏT GF-nin “əl-Qüds əl-Şərif – İƏT gənclər paytaxtı 2018” proqramına yönəlib.
Qonaqlara müraciət edən səfir Elşad İskəndərov bildirib ki, İƏT GF tərəfindən təşkil olunan ənənəvi iftar proqramı müsəlman dünyasının gənclərinin mənafelərinə yönələn səylərin səmərəliliyinin daha da artırılmasına imkan yaradır. İƏT GF-nin sədri toplaşanlara və bütün müsəlmanlara bu Ramazan ayının mübarək və bərəkətli olmasını diləyib.