
Küveyt məhkəməsinin qərarı ilə Hz.Mehdini(ə.f) təhqir etdiyinə və bununla ölkədə məzhəb qarşıdurması yaradıb mili vəhdəti aradan aparan yazıçı Məhəmməd əl-Muleyfi həbs olunub.
O təhqiqat davam edənədək üç həftə ərzində Küveytin mərkəzi təcridxanasına yerləşdirilib.
Xatırladaq ki, Məhəmməd əl-Muleyfinin şiələri və müqəddəsatını təhqir etməsi şiələin narazılığına səbəb omuşdu və onlar Küveyt dövlətindən onun mühakimə olunmasını istəmişdilər. Bu etirazlardan sonra əl-Muleyfi özü də nəşr etdiyi yazısına görə şiələrdən üzr istəmişdi.