
Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında əfv sərəncamı imzalayıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə modern.az-a ədliyyə naziri yanında İctimai Komitənin koordinatoru, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı məlumat verib.
Onun sözlərinə görə, əfv siyahısında 634 nəfər məhkumun adı var.
S.Bənanyarlı deyib: “Nardaran hadisələrinə görə həbs edilən 7 nəfər - Nadir Babayev, Hilal Cabbarov, Əliağa Qasımov, Ələkbər Qurbanov, Fail və Natiq Şahbazovlar, Məmmədli Quliyev buraxılıb. Hicab məsələsinə görə həbs edilənlər Zabit Kərimov və Elşad Rzayev də əfv olunub”.