23 May, 2018
Ayətullah Seyid Əli Qazinin QUNUT sifarişi

Böyük arif, əxlaq ustadı mərhum ayətullah Seyid Əli Qazinin şagirdlərinin nəql etdiyinə görə, Qazi aşağıdakı sözləri ki, yarısı Peyğəmbərdən və yarısı da İmam Əlidən (ə) rəvayət olunub, namazların qunutunda oxumağı tövsiyə edərdi.


اللَهُمَّ ارْزُقْنى حُبَّكَ وَ حُبَّ ما تُحِبُّهُ وَ حُبَّ مَنْ يُحِبُّكَ وَالْعَمَلَ الَّذى يُبَلِّغُنى إلَى حُبِّكَ وَاجْعَلْ حُبَّكَ أَحَبَّ الاشْيَآءِ إلَىَّ.

Oxunuşu:

"Əllahummərzuqni hubbəkə və hubbə ma tuhibbuhu və hubbə mən yuhibbukə, vəl əmələlləzi yubəlliğuni ila hubbikə, vəc`əl hubbəkə əhəbbəl- əşyai iləyyə"

Tərcüməsi: 

"İlahi, mənə ruzi et Səni sevməyi, Sənin sevdiklərini sevməyi, Səni sevənləri sevməyi və məni Sənin sevginə çatdıran əməlləri sevməyi və Öz sevgini mənə hər şeydən sevimli et". ("Bəhrul-Məarif", Molla Əbdüssəməd Həmidani, s. 309).

Mirməhəmməd Bəşir

Ahlibeyt.az

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8431.html