
Şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirmək məsələsi sərbəst olmalıdır. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli bildirib.
O vurğilayıb ki, fotonun hicablı və ya hicabsız olmasının vətəndaşlıq səviyyəsinə heç bir aidiyyatı yoxdur: “Ona görə də bu məsələdə insanlara sərbəstlik verilməlidir. Görmüşəm ki, dünyanın bir çox ölkəsindən, o cümlədən ABŞ-dan Həcc ziyarətinə gələn qadınlar hicablı şəkil çəkdiriblər. Yəni bununla bağlı hər hansı problem yoxdur”.
salamnews.org