
İŞİD terror qruplaşması Qroznı şəhərinin mərkəzindəki kilsəyə silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Ahlibeyt.az-ın məlumatına görə, APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə əsasən, bu barədə qruplaşmanın yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, mayın 19-da 4 silahlı şəxs inanclıları girov götürmək məqsədilə Qroznının mərkəzindəki kilsəyə hücum ediblər. Xüsusi əməliyyat nəticəsində silahlılar məhv edilib. Əməliyyat zamanı 2 polis əməkdaşı və bir dindar həlak olub, daha 2 polis yaralanıb.