
Bu gün məşhur iranlı incəsənət xadimi, xəttat Əli-Rza Behdani qızıl su ilə yazılmış nəfis Qurani-Kərim nüsxəsini İranın Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xameneiyə hədiyyə edib.
Bu cür gözəl incəsənət əsəri yaratdığına görə, Əli-Rza Behdanini mədh Ayətullah Xamenei hədiyyəni qəbul etdikdən sonra həmin Qurani-Kərimi İmam Rzanın(ə) ziyarətgahına(Astani-Qüdsü-Rəzəvi) hədiyyə edib.
Hazırlanmasına 228 qram xalis qızıl işlənən 604 səhifəlik Qurani-Kərim Əli-Rza Behdani tərəfindən 114 həftəyə ərsəyə gətirilib.