18 May, 2018
Suriya prezidenti Bəşər Əsəd gözlənilmədən Rusiyaya səfər edib

Rusiya prezidenti V.Putin suriyalı həmkarı Bəşər Əsədlə Soçi şəhərində görüşüb.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə Soçi şəhərində görüş keçirib. Rusiyalı lider Əsədi Suriya ordusunun terrorçuluqla mübarizədəki uğurları münasibətilə təbrik edib və xarici qoşunları Suriyanı tərk etməyə çağırıb.

Putinin sözlərinə görə, Suriyadakı sabitlik yaxşılaşmaqdadır. O deyib ki, terrorçular ən əsas nöqtələrdə silahlarını yerə qoyublar ki, bu da terrorçuların paytaxt Dəməşqin yaxınlığındakı aktivliklərini dayandırmağa imkan verib. Belə vəziyyət Suriya böhranının siyasi həlli üçün qapı açır, Putin bəyan edib.

Əsəd isə cavab olaraq bildirib ki, rəsmi Dəməşq siyasi prosesi dəstəkləyir, o daha sonra Astana danışıqları və Suriya Xalq Konqresi çərçivəsindəki uğurları da vurğulayıb. Bununla yanaşı Əsəd qeyd edib ki, siyasi proses terrorçuluqla mübarizə ilə paralel davam etməlidir.

Suriyalı lider Konstitusiya Komitəsinin formalaşdırılması məqsədi ilə BMT-in Konstitusiya Komitəsinə nümayəndələr göndərmək qərarını da təsdiq edib. Sözügedən komitə Suriyanın Əsas Qanunu üzərində işləməlidir.

Rusiya bu qərarı təqdir edib və Suriya Xalq Konqresi zamanı əldə olunmuş razılıqları da nəzərə alaraq, məlum qərarı hərtərəfli dəstəkləyəcəyinə dair söz verib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8402.html