
Küveytin vahhabi parlamentarisi Üsamə əl-Munavir Küveyt ərazisindəki bütün kilsələrin sökülməsininin zəruri olduğunu bildirib.
O deyib ki, ümumiyyətlə Küveytdə digər dinlərin nümayəndələrinə dini məkanlar tikmək üçün icazə verilməməlidir. Küveytdə yalnız məscid tikintisinə icazə verilməlidir.
Onun bu sözləri Küveytdə narazılıqla qarşılanıb və siyasi fəallardan olan Bədr əl-Deyhani bildirib ki, bu sözlər Küveyt konstitusiyasına zidd sözlərdir. Və müsəlman ölkələrində yaşayan xristianların həmin ölkələrdə dini məkanlar təsis etmələrinə şəriət də icazə verməkdədir.
Digər parlamentari Əhməd Lari də vahhabi parlamentarinin bu sözlərinə sərt təpki göstərib. O Küveytdə yaşayan xristianların hüquqlarının tapdalanmasının yolverilməz oduğunu bildirərək deyib ki, onlar xristian olsalar da Küveyt vətəndaşlarıdırlar. Vətəndaşların hüquqları isə hər bir halda qorunmalıdır.