25 Aprel, 2020
Mübarək Ramazan günlərinin savabları - Birinci gün

Həzrət Peyğəmbər(s) buyurur: “Ramazan ayının ilk gecəsində səmanın qapıları açılar və son gecəsinə qədər bağlanmaz”

Artıq mübarək Ramazan ayı daxil olub.Əziz İslam peyğəmbəri həzrəti Məhəmməd(s)dən nəql olunan bu ayın günlərinin savabları barədə bir hədisi hissə-hissə təddim edirik:

Səid ibni Cübeyr nəql edir - İbni Abbasdan soruşdum: Ramazan ayında oruc tutan və onun haqqını dərk edənə nə (mükafat) düşür?

- O dedi: Hazırlaş,ey ibni Cübeyr! Mən qulaqlarının eşitmədiyi və sənin qəlbinə daxil olmayan bir şeyi sənə danışacam.Özünü məndən istədiyin şey üçün azad et, çünki sən ilklərin və sonuncuların biliklərini istəmisən.

- Səid ibni Cübeyr dedi: O zaman mən onun yanından çıxdım və sabahki gün üçün hazırlaşdım.Səhər sübh çağı onun yanına getdim, sübh namazını qıldım və sonra söhbəti ona xatırlatdım.

-O,üzünü mənə tərəf çevirib dedi: Dediklərimi dinlə Allah Rəsulunun(səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim:

- "Əgər Ramazanda sizlər üçün nəyin olduğunu bilsəydiniz Allaha olan şükrünüz artardı  - Onun ilk gecəsi daxil olnada Allah mənim ümmətimin aşkarda və gizlində olan bütün(böyüklü -kiçikli) günahlarını bağışlayar. Allah sizin məqamınızı iki milyon pillə qaldırar və sizin üçün əlli şəhər ucaldar"....

Ardı var..

Mənbə: Şeyx Səduq - Səvəbul-Əmal və İqabul-Əmal(Əməllərin mükafat və cəzası)-Ramazan ayının fəzilətləri fəsli - hədis 254

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8391.html