
Ayətullah Seyid Əli Sistaninin dəftərxanası Ramazan ayının hilalının çərşənbə günü -may ayının 16-da(red:gün batdıqdan sonra) görünəcəyini bildirib.
Ahlibeyt.az-ın məlumatına görə, İslaminSesi.info "Sumariya" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ayətullah Sistaninin dəftərxanasından açəıqlama verilib.
Məlumatda bildirilir ki, qəməri təqvimi ilə Ramazan ayının hilalı Nəcəf səmasında axşam saat 18.53-də görünəcək.Buna əsasən İraqda və Yaxın Şərqdə Ramazanın ilk günü cümə axşamı (17 may) olacaq.”
Bundan öncə Qafqaz Müsəlmanları İdarəsi(QMİ),həmçinin Ayətullah Xameneinin dəftərxanası orucluğun ilk gününün may ayının 17-ə təsadüf edəcəyini bildiriblər.