16 May, 2018
HƏMAS lideri: Qəzzada aksiyaları davam etdirəcəyik

Qəzza sektorundakı HƏMAS hərəkatının lideri İsmail Haniya son ay yarım ərzində sahil boyu davam edən "Böyük qayıdış marşı"nın – etiraz aksiyalarının davam etdiyini bildirib.

Ahlibeyt.az-ın "Report"a istinadlaverdiyi xəbərə görə, verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Qayıdış marşı davam edir, davam edir, davam edir", - deyə HƏMAS lideri jurnalistlərə bildirib. O, əlavə edib ki, qurbanlar marşın davam etməsi üçün "yanacaq" rolunu oynayır.

Qeyd edək ki, bu müddət ərzində İsrail hərçiləri ilə toqquşmalarda ümumilikdə 110 insan həlak olub, 10 mindən çox insan güllə və qazdan xəsarət alıb.

BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı Küveytin çağırışı ilə "təcili" iclası çağırılıb.


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8386.html