
Fələstin prezidenti Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib.
Ahlibeyt.az-ın məlumatına görə,İslam.az-ın TASS-a istinadən verdiyi xəbərə əsasən, Fələstin Səhiyyə Nazirliyindən verilən son məlumatlara əsasən, bu gün Qəzzada baş verən toqquşmalarda ölənlərin sayı 52-yə yüksəlib, 2410 nəfər yaralanıb.
M.Abbas həmçinin "Ən-Nəkba" (Böyük Fəlakət) gününün 70 illiyi ilə əlaqədar ümummilli tətilin başlanmasını elan edib.