14 May, 2018
Ərdoğandan Trampın Qüds qərarına rədd cavabı

ürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfirliyini Qüdsə köçürən ABŞ-a etirazını bildirib.

Ahlibeyt.az-ın məlumatına görə,“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan amerikalı həmkarı Donald Trampın bu qərarını rədd etdiklərini deyib:

“Qüdsün statusunu dəyişmə planları bütün dünyanın sərt reaksiyasına baxmayaraq, həyata keçirilir. Səfirliyin köçürülməsi qərarı bədbəxtçilikdir. Bu qərarı rədd edirik”.

Qeyd edək ki, ABŞ öz səfirliyini İsrailin işğal altında olan Fələstin torpaqlarında paytaxt elan etdiyi Qüds şəhərinə köçürmək qərarı alıb.

Bu gün Fələstinlilər ABŞ-a qarşı kütləvi etiraza qalxıb 37 ölü, 900 yaralı var və xəsarət alanların sayının getdikcə atrdığı barədə məlumatlar verilməkdədir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8372.html