14 May, 2018
QMİ-də Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvası açıqlanacaq

Sabah QMİ-də Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvası açıqlanacaq.

Ahlibeyt.az-ın məlumatına görə,Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimə əsasən, qəməri təqvimi ilə Şaban ayının son günü mayın 16-na təsadüf edir və mübarək Ramazan ayının ilk günü mayın 17-nə təsadüf edəcək.

Təqvimə əsasən Azərbaycanda Ramazan ayının son günü iyunun 14-ə təsadüf edəcək.

Qeyd edək ki, ayın fəzada nə zaman görülə biləcəyini təsdiqləyən təqvimlər və elmi məlumat mənbələri də Azərbaycanın yerləşdiyi üfüqdə Ramazan ayı hilalının may ayının 16-sı( gün batdıqdan sonra) görülə biləcəyini və orucluğun ilk gününün mayın 17-nə təsadüf edəcəyini təsdiqləyir.

Oxucularımızı bu ayın daxil olması ilə bağlı əlavə məlumatlandıracağıq.

Həmçinin bu ayın gündəlik duaları və xüsusi əməlləri ilə bağlı saytımızın xəbər lentində, həmçinin Ramazan ayı rubrikasında mütəmadi olaraq məlumatlar yaymlanacaqdır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8370.html