
İranın ali dini lideri, ayətullah Seyyid Əli Xamneyinin hərbi məsələlər üzrə müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana göndərdiyini bildirib.
Ahlibeyt.az-verdiyi xəbərə görə, APA-nın "Tasnim" agentliyinə istinadən məlumatına əsasən, general R.Y.Səfəvi bu barədə sübutlara malik olduğunu bəyan edib.
İran ali dini liderinin müşaviri ABŞ-ın bütün regionu məhv etdiyini vurğulayıb: "Əgər bu gün ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Fəaliyyət Planı barədə məsələ qaldırırsa, bu, onların İranda uğursuzluqla üzləşməsi ilə bağlıdır. Amerikalılar Suriyanı tərk etməli, Qərbi Asiyadan çəkilməlidir. ABŞ böyük İran xalqı ilə bacarmayacaq".