1 May, 2018
İlahiyyat İnstitutunun hüquqi statusu müəyyənləşib

Azərbaycan İlahiyyat İnstitutunun hüquqi statusu müəyyənləşib.

Ahlibeyt.az-ın Oxu.az-a istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən Azərbaycan İlahiyyat İnstitutu  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” 2018-ci il 9 fevral tarixli sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq tapşırılıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8347.html