
Suriyadan verilən məlumatlara görə, Suriyanın Homs şəhərində Suriya ordusunun geyimində fəaliyyət göstərən 200 nəfər, Baba Əmr və Xalidiyyə məntəqələrində isə 150 nəfər yaraqlı özlərini Suriya hərbçilərinə ağ bayraq qaldıraraq təslim ediblər.
Bildirilir ki, onlar Suriya ordusunun geyimində ölkə ərazisində terrorlar törədərək və dinc əhaliyə qarşı silah işlədərək əhalidə hakimiyyətə qarşı nifrət və qəzəb oyatmaq məqsədi daşıyırmışlar.
Bundan əlavə Homs şəhərində Liviya və başqa Afrika ölkələrindən olan 300 nəfər qara dərili muzdur Suriya ordusu tərəfindən tərksilah ediliblər.