25 Aprel, 2018
İlham Əliyev: “Başqa heç bir iki ölkə Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın deyil”

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahramanla görüşüb.

Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, prezident  İlham Əliyev görüşdə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu  deyib. Başqa heç bir iki ölkənin bir-birinə bu qədər yaxın olmadığını vurğulayan dövlət başçısı bu əlaqələrin tarixi kökə söykəndiyini dilə gətirib.

Türkiyə və Azərbaycanın bu gün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq etdiyini söyləyən prezident bundan sonrakı mərhələdə də əlaqələrin daha sıx olacağını bəyan edib.

Qeyd edək ki, aprelin 24-də Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə şam ediblər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8332.html