19 Aprel, 2018
Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək

Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Ahlibeyt.-az-ın məlumatına görə, Salamnews-un "Haberler"ə istinadən verdiyi xəbərə əsasən, bunu Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli ilə görüşdən sonra mətbuata açıqlama verən Ərdoğan deyib:

"Bu gün Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçelinin növbədənkənar prezident və parlament seçkiləri keçiriliməsi ilə bağlı təklifini müzakirə etdik. Təklifi müsbət qarşıladıq. Seçkinin 24 iyun 2018-ci ildə keçirilməsinə qərar verdik".

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8320.html