
Prezident Şavkat Mirziyoyevin Fərmanı ilə Özbəkistan İslam Akademiyası və Daşkənd İslam İnstitutunun bazasında Özbəkistan Beynəlxalq İslam Akademiyası yaradılıb.
Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, yeni qurumun Qaraqalpaq Respublikası, Səmərqənd, Namanqan və Surxandərya vilayətlərində filialları fəaliyyət göstərəcək. Akademiyada Hədis üzrə Elmi Məktəb, İxtisasartırma Mərkəzi fəaliyyət göstərəcək.
Akademiya dünyanın müxtəlif ölkələrindən, eləcə də MDB ölkələrindən tələbələr qəbul edəcək. Uğur qazanan tələbələrə İmam Buxari adına dövlət mükafatı da veriləcək.