
Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcədə Azərbaycan Xalq Cümhuriyyəti İli çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulub.
“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli, “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi” haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamlarına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb. Loqotipin müəllifi Zaur Murad oğlu Həmzəyevdir.