14 Aprel, 2018
ABŞ,Britaniya və Fransa Suriyaya 100-dən çox raket atıb

ABŞ, Fransa və Böyük Britaniya aprelin 13-dən 14-ə keçən gecə  Suriyaya qarşı hərbi əməliyyatlara başlayıb.

Ahlibeyt.az-ın Tass-a istinadən məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ evdən çıxışı zamanı deyib.

"Mən Birləşmiş Ştatların Silahlı Qüvvələrinə Suriya diktatoru Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilməsi barədə göstəriş vermişəm. Hazırda Fransa və Birləşmiş Krallıq qüvvələri ilə birgə əməliyyat aparırlar", - deyə o bildirib.

Birləşmiş Ştatların silahlı qüvvələri prezident Donald Trampın göstərişindən sonra Suriyanın paytaxtı Dəməşqə ilk raket zərbələrini endirib.

ABŞ,Britaniya və Fransa Suriyadakı hərbi və mülki obyetlərə 100-dən çox raket atıb.

Suriya ordusunun verdiyi açıqlamaya görə rakeetlərin böyük qismi ölkənin Raket Əleyhinə Müdafiə(RƏM) sistemləri tərəfindən zərərsizləşdirilib.

Öz növbəsində Rusiya Müdafiə Nazirliyi açıqlama verərək bildirib ki,Suriyada olan müdafiə sistemi işə salınmayıb.Buna səbəb kimi atəşə tutulan ərazilər onların nəzarət dairəsində olmayıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8309.html