
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəlib.
Ahlibeyt.az Salamnews-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev seçki məntəqəsinə daxil olub səsvermə bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Qeyd edək ki, paytaxtın 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində səsvermənin gedişini xarici və yerli müşahidəçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyirdilər.