
Almaniyanın paytaxtı Berlində 2019-cu ildə tikintisinə başlanılacaq “Birlik evi”ndə kilsə, məscid və sinaqoq yerləşəcək.
Ahlibeyt.az “Report”a istinadən xəbər verir ki, layihənin icrasına 2011-ci ildə başlanılıb.
Bu ideyanın təşəbbüsçüləri memarlar arasında müsabiqə keçirib, 2014-cü ildən isə ianə toplamğa başlayıblar. Bu ilin əvvəlində Berlinin Petriplats meydanında müvəqqəti pavilion açılıb.
“Birlik evi”ndə müxtəlif seminarlar, diskussiyalar və başqa bu kimi mərasimlər keçiriləcək. Həmçin tədbirlərə müxtəlif dinlərin nümayəndələri, habelə ateistlər də dəvət ediləcəklər.