5 Aprel, 2018
Misirin “Əl-Əzhər” İslam mərkəzindən 30 dildə Quran tərcümə layihəsi

"Əl-Əzhər Tərcümə Mərkəzi" Qurani-Kərimin dünyanın 30 dilinə tərcümə edilməsi barədə layihə hazırlayıb.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, bu barədə Misrin əl-Əzhər İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən İslam Elmləri Universitetinin vitse-prezidenti və Əl-Əzhər Tərcümə Mərkəzinin rəhbəri Yusif Amir açıqlama verib.

Y.Amri "İskəndiyyə beynəlxalq kitab" sərgisi çərçivəsində keçirilən “Əl-Əzhər Tərcümə Mərkəzinin İslam mədəniyyətinin yayılmasındakı rolu” adlı seminarda çıxışı zamanı bu layihənin hazırda icra mərhələsində olduğu barədə məlumat verib.

Keçən bir il yarım ərzində bu mərkəzin 154 kitab tərcümə etdiyini bildirən vitse-prezident hazırda 5 elmi layihənin üzərində işlənildiyini və bunlardan ilkinin Quranın 30 dilə tərcüməsi olduğunu qeyd edib.

O əlavə edib ki, Qurani-Kərimin İngilis, Fransız və Suahili dillərində tərcüməsi başa çatmışdır və Quranın tərcüməsindən sonra icra növbəsində uşaqlar üçün “nur” juranlının 5 dilə tərcüməsi və həmçinin “Dini Terminlər Lüğəti”nin 15 dilə tərcümə edilməsidir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8295.html