5 Aprel, 2018
“Hicaba azadlıq” aksiyasında həbs edilən şəxslərdən üçü azadlığa buraxılıb

“Hicaba azadlıq” aksiyasında həbs edilən şəxslərdən üçü azadlığa çıxıb.

Ahlibeyt.az-ın "Report"a istinadla məlumatına görə, 2012-ci ildən həbsdə olan İlham Hətəmov, Tərlan Ağadadaşov və Rövşən Allahverdiyevin cəza müddəti başa çatıb.

Qeyd edək k, həmin şəxslər 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə R.Allahverdiyev, İ.Hətəmov və T.Ağadadaşov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdular.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8294.html