3 Aprel, 2018
Nigeriyada Boko-Haram terror təşkilatından növbəti qətliam

Nigeriyanın şimal-şərqində "Boko Haram" qruplaşması silahlılarının  hücumu nəticəsində azı 15 nəfər ölüb.

 

Ahlibeyt.az-ın məlumatına görə, APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə əsasən, hadisə Borno ştatının inzibati mərkəzi Mayduquri şəhəri yaxınlığında qeydə alınıb.

 

Məlumata əsasən, terrorçular və Nigeriya hərbçiləri arasında baş verən qarşıdurma zamanı qadın və uşaqlar daxil olmaqla, çox sayda dinc sakin yaralanıb.

 

Qeyd edək ki, "Boko - Haram" təkfirçi-terror Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında sələfi(vəhhabi) qanunları ilə idarə olunacaq İslam dövlətinin yaradılmasına çalışır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8284.html