
Ərəb Dövlətləri Liqası (ƏDL) aprelin 3-də Qəzza zolağındakı vəziyyətlə bağlı daimi nümayəndələr səviyyəsində təcili iclas keçirəcək.
Ahlibeyt.az-ın“Report”a istinadən məlumatına görə, bunu bazar günü Pan-Ərəb Təşkilatı baş katibinin Fələstin işləri üzrə köməkçisi Səid Əbu Əli "Ad Dustour" qəzetinə müsahibəsində deyib.
Təcili yığıncağın keçirilməsi sorğusu ilə Fələstin müraciət edib. Misir, Küveyt və İordaniya onu dəstəkləyib.