
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qreminqerlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.
Ahlibeyt.az-ın SalamNews-a istinadən məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Onun sözlərinə görə, danışıqlar aprelin 5-də baş tutacaq. Zaxarova bildirib ki, görüşdə həmçinin Donbass, Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin həllində ATƏT-in rolu və digər məsələlər də müzakirə ediləcək.