
Qazaxstan və Özbəkistanda dini bayramların eyni gündə keçirilməsinə qərar verilib.
Ahlibeyt.az-ın məlumatına görə,Maide.az “Dünya Bülteni”-ə istinadla xəbər verir ki, bu haqda iki ölkə arasında anlaşma memrondumu imzalanıb.
Anlaşma memrondumunu Özbəkistan dini idarə rəhbəri Osmanhon Alimov və Qazaxstan müftüsü Serikbay Oraz Daşkənddə imzalayıb.
Sənədə əsasən, iki ölkə “Ramazan və Qurban bayramlarının eyni gündə qeyd edilməsini, həmçinin dini məsələlər və onlar haqqında veriləcək fətvalar haqqında eyni fikirdə olacaqları” barədə razılaşıblar.