
FİA xəbər verir ki, Ramallahın cənubunda yerləşən ər-Ram və Cəbə kəndləri arasında yük avtomobilinin məktəbliləri daşıyan avtobusla toqquşması nəticəsində 10 məktəbli həyatını itirib, 20 nəfər isə yaralanıb.
Bir çox cəsədlərin yanaraq kül olduğu həmçinin yük maşınının sürücüsünün də yaralandığı bildirilir.
Baş vermiş faciə ilə əlaqədar Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas üç günlük matəm elan edib.