
Suriyanın paytaxtı Dəməşq silahlılar tərəfindən atəşə tutulub
Ahlibeyt.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə Suriyada Düşmənçilik edən tərəflərin barışdırılması Mərkəzinin rəhbəri, general-mayor Yuri Evtuşenko bildirib.
Onun sözlərinə görə, "Ceyş əl-İslam" qruplaşmasının silahlıları Duma yaşayış məntəqəsindən paytaxtın Düveylə, Əl-Baranki yaşayış kvartallarına və Muhayəm Əl-Vəfadin yaşayış məntəqəsində 4 mina atıblar. Atəş nəticəsində 6 dinc sakin həlak olub, daha 6 nəfər də xəsarət alıb.
Daha əvvəl terrorçuların açdığı atəş nəticəsində 1 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.