
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-qərbindəki Afrin bölgəsində terrorçulara qarşı yanvarın 20-də başlatdığı "Zeytun Budağı" hərəkatı davam edir.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına əsasən, hərəkat çərçivəsində Afrin şəhər mərkəzi və kəndlərdə partlayıcılara qarşı təmizlik işləri davam etdirilir.
Təhlükəsizlik qüvvələri Şeyx Obası kəndində bir evdə axtarış aparan zaman divardan asılmış Qurani-Kərimə yerləşdirilmiş partlayıcı qurğu tapıblar. Partlayıcı qurğu zərərsizləşdirilib.
