22 Mart, 2018
Azərbaycanda Bakalavriat səviyyəsində “İslamşünaslıq” ixtisası yaradıldı

Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində “İslamşünaslıq” ixtisası yaradıldı.

Ahlibeyt.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, təsnifatın “Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə “İslamşümaslıq” ixtisası əlavə edilib. İndiyə qədər isə yalnız “Dinşünaslıq” ixtisası tədris olunub.

Nazirlər Kabineti bu dəyişikliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq edib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8247.html