
Kabil Universiteti yaxınlığında törədilən nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Ahlibeyt.az-ın məlumatına görə, APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, bu barədə Əfqanıstan Səhiyyə nazirliyinin məlumatında deyilir.
Bundan əvvəl 29 nəfərin öldüyü, 52 nəfərin isə yaralandığı bildirilirdi. Terrorçu-kamikadze özünü Novruz bayramını qeyd etməyə toplaşan insanların arasında partladıb.
Qeyd edək ki,hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb