14 Mart, 2018
Baş katib: “İƏT ilə Azərbaycan arasında dərin əlaqələr mövcuddur”

"Azərbaycanın rəhbərliyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) gündəliyinin təşviqində fəal rol oynayır."

Ahlibeyt.az-ın "Report"a istinadla məlumatına görə, bunu qurumun Baş katibi Yusif bin Əhməd əl-Üseymin Azərbaycanın İƏT-dəki səfiri Şahin Abdullayevlə görüşdə bəyan edib.

Baş katibin sözlərinə görə, İƏT ilə Azərbaycan arasında dərin əlaqələr mövcuddur. O, həmçinin İƏT-in ticarət, turizm, mədəniyyət, idman və gənclərlə işin inkişafı sahəsində Azərbaycanla sıx əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Səfir Ş.Abdullayev Azərbaycanın İƏT ilə əlaqələrin daha da inkişaf etdirilməsinə və təşkilatla siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsi yollarının öyrənilməsinə sadiq olduğunu təsdiqləyib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8223.html