14 Mart, 2018
Sumqayıt şəhəri orta məktəbində “Şəhadət” filmi nümayiş etdirilib

Martın 13-də Sumqayıt şəhəri  28 saylı tam orta məktəbində “Vətənpərvərlik və dini dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, məktəbin direktor müavini Gülarə Sadıqova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru G.Sadıqova bildirib ki, bu gün gənclərimizin üzərinə düşən ən başlıca vəzifə vətənpərvərlik ruhunu daha da gücləndirmək və yad təsirlərdən çəkinməkdir. Onun sözlərinə görə, hazırda məktəbin altı məzunu cəbhə bölgəsində Vətənə xidmət edir.

Daha sonra çıxış edən DQİDK-nın əməkdaşı Y. Abdullayev tədbir iştirakşılarına ənənəvi olmayan, radikal dini cərəyanlar, onların təbliğat metodologiyası və təbliğatlarının mənfi nəticələri barədə məlumat verib. Deyib ki, tarix boyu xalqımızın qoruyub saxladığı milli-mənəvi dəyərlər sistemini, multikultural və tolerant ənənələrini məhv etməyə çalışan zərərli dini cərəyanların fəaliyyətinin qarşısı görülən işlər və aparılan maarifləndirmə tədbirləri nəticəsində alınır.

Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8222.html