
İraqın baş naziri Heydər Əl-İbadinin təhlükəsizlik xidmətinin rəhbəri general Şərif İsmayıl Əbəid silahlı qarşıdurma zamanı həyatını itirib
Ahlibeyt.az-ın FaktXəbər-ə istinadən verdiyi məlumata görə, baş nazirin təhlükəsizlik şöbəsinin rəhbəri ölkənin şimalında yerləşən Səlahəddin əyalətində öldürülüb.
Hadisə zamanı iraqlı generaldan başqa onun 3 adamı da yaralanıb. Hadisənin hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil. İraqın baş naziri sui-qəsdin araşdırılması üçün tapşırıq verib.