14 Mart, 2018
Rusiyada İŞİD-in 60 tərəfdarı saxlanılıb, habelə üç gizli laboratoriya aşkar edilib

Rusiya Federal Təhlükəsizlik Xidməti bu ölkədə qadağan edilmiş İŞİD terror təşkilatının tərəfdarlarının Suriya və İraqa göndərilməsinin qarşısını alıb.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, əməliyyat nəticəsində 60 əcnəbi saxlanılıb. On yeddi ünvanda aparılmış axtarışlar zamanı saxta sənədlərin, sərhədi keçmək barədə çoxlu sayda möhür və ştampların, miqrasiya sənədlərinin, əcnəbi pasportlarının hazırlandığı üç laboratoriya aşkar edilib.

Cinayətkar qrup, həmçinin Orta Asiya bölgəsindən Rusiyaya gələn miqrantların qanunsuz leqallaşdırılması ilə məşğul olub. Qrupun beynəlxalq terror təşkilatlarının nümayəndələri ilə də əlaqələri olub.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8220.html