13 Mart, 2018
Qüds şəhəri “Ərəb mirası daimi paytaxtı” seçildi

Ərəb Liqasının Qahirədəki binasında keçirilən “Ərəb Mirası Günü” tədbiri keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə, Maide.az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, tədbirdə Qüds şəhəri “Ərəb mirası daimi paytaxtı” kimi elan edilib.

Bu barədə Qüds Mirası Əhya və İslami Araşdırmalar Mərkəzinin rəbəri Xəlil Qarracə ər-Rifai məlumat verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü işğalçı sionist rejim İsrailin “paytaxtı” elan etməsindən sonra müsəlman ölkələri tərəfindən sərt etirazla qarşılanmışdı.Bu səbəbdən Qüdslə bağlı bir neçə beynəlxalq qərarlar çıxarılıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8219.html