13 Mart, 2018
İngiltərədə müsəlman deputata şübhəli paket göndərildi: İki nəfər xəstəxanalıq oldu

Hadisənin "Müsəlman cəzalandırma günü" aksiyaları ilə əlaqəsinin olub-olmaması araşdırılır.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə, Britaniyada  "Müsəlman cəzalandırma günü" elan edən bəyanatdan sonra müsəlmanlara qarşı ilk hücumlara start verilib. İngiltərədə ana müxalifətdəki İşçi Partiyasnın Bedforddan seçilən müsəlman deputatı Məhəmməd Yasinin evinə şübhəli paket göndərilib. Paketə görə, millət vəkilinin ofis işçilərindən ikisi xəstəxanaya yerləşdirilib.

Polis məsələ ilə bağlı araşdırmalara başlayıb və müsəlman deputatın ofisinin təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib.

Qeyd edək ki, müsəlmanlara hücumların əsas təbliğatçısı "tellmama" qrupu, məktubların Bradford, Leicester, London, Cardiff və Şeiffel şəhərlərində müxtəlif adreslərə göndərildiyini açıqlamışdı.

Məsələnin ciddi olmasından sonra dövlət naziri Viktoriya Atkins məsələ ilə bağlı mediaya verdiyi açıqlamasında "Hökümət olaraq bu iyrənc məktubu qınayırıq. Düzgün bir toplumda buna yer yoxdur", - deyə bildirib.

Britaniyada 2 milyon 800 min müsəlman yaşayırki, bu da ümumi əhalinin 4.4 faizini təşkil etməkdədir.

Polis özünün sosial şəbəkə profilində bu haqda açıqlama paylaşıb:

 

Resmi Twitter'da görüntüleResmi Twitter'da görüntüleResmi Twitter'da görüntüle

Two people have been hospitalised as a precaution after a Labour MP received a suspicious parcel which sources say contained an unknown liquid. The suspect package was sent to Bedford MP Mohammad Yasin.
Pic @GuidoFawkes

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8217.html