12 Mart, 2018
DQIDK sədri Mübariz Qurbanlı Gəncədə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) sədri Mübariz Qurbanlı martın 14-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

Ahlibeyt.az-ın Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, Qəbul Azərbaycan Dövlət Aqrar Universitetinin əsas korpusunun akt zalında (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 450) saat 11:00-da keçiriləcək.

Qəbulda Gəncə, Daşkəsən, Naftalan, Göygöl, Goranboy, Samux sakinləri, eləcə də bölgədə məskunlaşmış Xocalı və Kəlbəcər rayonlarından olan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Asif Əliyev

Mob: (055) 851-89-87

Telefon: (02225) 6-91-14

e-mail: chairman@scwra.gov.az

info@scwra.gov.az

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8211.html