12 Mart, 2018
Berlində məscid yandırılıb

Berlinin Raynikendorf rayonunda məscid yandırılıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görrə,  APA-nın "Alman dalğası" radiosuna istinadən  məlumatına əsasən,martın 11-də axşam saatlarında 3 naməlum gənc məscidin pəncərəsinin şüşəsini sındırıb və məsciddə yanğın törədib.

Məscidin yaxınlığından keçənlər bu hadisəni görüb və polis çağırıblar. Ancaq polisin onları saxlaması mümkün olmayıb. Polis məscidə hücumun islamafobiya xarakteri daşıyıb-daşımadığını araşdırır.

Hadisə yerinə gələn yanğınsöndürənlər məsciddə yanğını söndürüblər. Lakin məscidin otaqlarından biri tamamilə yanıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8210.html