
İŞİD-in "Amaq" saytının işçiləri İraqda yaxalandılar
Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, İraq Ordusunun Kəşfiyyat İdarəsi ilə İraq DİN-in Anti-Terror İdarəsinin birlikdə keçirdikləri əməliyyat zamanı İŞİD terror qruplaşmasının təbliğatını həyata keçirən bir qrup iraqlı yaxalanıblar.(istinadsız xəbər oğurluqdu- islamazeri)
Məlumata görə, 4 martda keçirilən əməliyyat zamanı həbs olunanların İraq terror qruplaşmasının rəsmi saytı kimi tanınan "Amaq" üçün İŞİD xəbərlərini sayta yükləməklə yanaşı, sosial şəbəkə əlavələri, o cümlədən "proxy" saytlar vasitəsilə bu saytın təbliğatını aparıblar.