
Qərb ölkələri Suriya ordusunun Şərqi Qutada kimyəvi silah işlədilməsi mövzusuznu gündəmə gətirməklə silahlı qüvvələrimizə qarşı aviazərbələr endirməyə zəmin hazırlayırlar.
Ahlibeyt.az-ın qərb mətbuatına istinadən məlumatına görə,bunu Suriya prezidenti Bəşər Əsəd bildirib.
Biz dəfələrlə bildirmişik ki,bütün kimyəvi silah saxlanclarımızı məhv etmişik-deyə Suriya prezidenti qeyd edib.
Onun sözlərinə görə,ABŞ və Avropa ölkələri bu addımları ilə Suriyada yaranmaqda olan sabitliyi pozmağa və terror qruplarının fəaliyyətinin aktivliyinə şərait yaratmağa cəhd edirlər:
"Şərqi Qutada yerli əhali terror qruplaşmalarının qalması ilə razılaşmırlar və öz evlərini tərk edirlər.Biz terrorçuların təmamən çıxarılmasına qədər hücumlarımızı davam etdirəcəyik."
B.Əsəd həmçinin qeyd edib ki,ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya İŞİD və “Cəbhət ən-Nüsra” terror təşkilatlarına dəstək verir:
“ABŞ koalisiyası İŞİD-in hərbi-hava qüvvələridir. Onlar İŞİD, “Cəbhət ən-Nüsra” və digər terror təşkilatlarını dəstəkləyirlər”