
Qazaxıstanın paytaxtı Astanada Avrasiya Müsəlman Ziyalıları Forumu keçirilib.
Ahlibeyt.az-ın 24.kz-ya istinadən məlumatına görə, forumda Qazaxıstan baş müftüsü Serikbay Orazın başçılığı ilə keçirilən forumda 20 ölkədən 30-dan çox nümayəndə heyəti iştirak edib.
Avrasiya bölgəsində ortaq fətva bazasının, mənəvi yenilənmə konsepsiyasının, forumun katibliyinin yaradılmasına, fəaliyyət proqramının hazırlanmasına və rəsmi saytın təsis edilməsinə qərar verilib.
Qazaxstan parlament senatının sədri Qasim Jolmat Tokayev çıxışı zamanı bildirib ki,harki dövrdə müsəlman din xadimlərinin qarşısında dayanan əsas vəzifələrdən biri mövhumatçılıq və radikalizmin qarşısının alınmasıdır.Bu vəzifənin həyata keçməsində əsas məsuliyyət cəmiyyətdə daha çox etibat qazanmış din alimlərinin,ilahiyyatçıların və ruhanilər səy göstərməlidirlər-deyə o, qeyd edib.
Forumda Avrasiya ruhanilərinin ümumi katibliyinin yaradılması barədə təklif iərli sürülüb.
Digər iştirakçılar da çıxışlar zamanı Avrasiya bölgəsində yaşayan xalqların birliyininin zərurliyini vurğulayıblar.