
Keçən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 1540 adda dini məzmunlu ədəbiyyata baxılıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata əsasən, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib.
N. Məmmədov deyib ki, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.