15 Fevral, 2012
Bəhreynlilərin inqilabın başlanmasının ildönümü qeyd etmələrinin qarşısı amansızlıqla alınıb

Fevral ayının 14-də Bəhreynin küçələrinə inqilabın başlanmasının ildönümü qeyd etmək üçün çıxan bəhreynlilərə qarşı Ali Xəlifə polisi zor tətbiq edib.

Paytaxt Manamada yerləşən məşhur "Lu-Lu" meydanına iki dəfə girmək istəyən bəhreynlilərin qarşısının amansızlıqla alındığı bildirilir.

Bildirilir ki, gözyaşardıcı qazlarla aksiya iştirakçılarına hücum edən polislər həmçinin əllərinə keçən şəxsləri rezin dəyənəklərlə döyüblər. Onlarla bəhreynlinin yaralandığı və həbs olunduğu da xəbərlər sırasındadır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-818.html