28 Fevral, 2018
Nigeriyada Boko-Haram terror qruplaşmasının girovluqda saxladığı mindən çox adam azad olunub

Nigeriya və Kamerunun Silahlı qüvvələri iki ölkə arasında sərhəddə yerləşən bir neçə kəndin "təmizlənməsi" üzrə əməliyyatlar həyata keçirib.

Ahlibeyt.az-ın "Report"a istinadən məlumatına görə, birgə əməliyyat zamanı Nigeriyanın şimal-şərqində "Boko Haram" ekstremist qruplaşması tərəfindən girovluqda saxlanılan 1130 nəfər azad olunub.

Toqquşmalar zamanı hərbçilər qruplaşmanın azı 35 silahlısını və gizli silah anbarını məhv ediblər.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/read/nigeriyada-boko-haram-terror-qruplashmasinin-girovluqda-saxladigi-mindan-chox-adam-azad-olunub.html